ABŞ Prezidenti Donald Tramp hökumətin səmərəlilik departamentinin rəhbəri kimi gördüyü işlərə görə İlon Maska Ağ Evin qızıl açarını təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tədbir zamanı Tramp Maska “Çox sağ ol, İlon. Özündən muğayat ol” deyərək təşəkkür edib. Mask isə öz növbəsində dövlət xidmətindən ayrıldıqdan sonra da Trampın “dostu və məsləhətçisi” olmağa davam edəcəyini bildirib.
Tramp həmçinin qeyd edib ki, mayın 30-u Maskın hökumətin səmərəlilik departamentinin rəhbəri vəzifəsindəki sonuncu iş günü olacaq.