Qazaxıstanın Atırau vilayətinin Kulsarı şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış və ardınca irimiqyaslı yanğın baş verib.

"Unikal" xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməliyyat məlumatlarına əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yanğın yaxınlıqdakı tikililərə keçərək infrastruktur üçün təhlükə yaradıb.

Partlayışdan sonra regional hakimiyyət orqanları təcili olaraq əməliyyat müşavirəsi çağırıb.