Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunalı keçmiş baş nazir Şeyx Hasina və keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamalın həbsinə order verib.
"Unikal" xəbər verir ki, Hasina və Kamal 2024-cü ilin iyul-avqust aylarında yüzlərlə tələbə və mülki şəxsin xəsarət alması ilə nəticələnən kütləvi etirazlar zamanı törədilmiş insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.
Nəşr vurğulayır ki, iş üzrə növbəti məhkəmə iclası iyunun 16-na təyin edilib.