Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) İsrailin Ben Qurion hava limanına yeni raket hücumu, eləcə də ölkənin cənub, mərkəzi və şimal bölgələrində üç həyati əhəmiyyətli hədəfə pilotsuz təyyarələrlə hücumlar təşkil etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya məlumat verib.
“Biz hipersəs ballistik raketdən istifadə etməklə işğal altındakı Yaffa bölgəsindəki Lod hava limanına zərbə endirmək üçün yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirdik”, - deyə o bildirib.
Onun sözlərinə görə, “əməliyyat öz məqsədinə uğurla nail olub” və hava limanının fəaliyyətini dayandırıb.