Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. 42 yaşlı şəhər sakini Fəxri Salahbanov 39 yaşlı Nəbi Mehralıyevə kəsici alətlə xəsarət yetirib.

Ayaq nayihəsindən dörd bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb.

Əməli törədən şəxs polisə könüllü təslim olub və hazırda faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Ehtiram Muradov