"Müqəddəs Eçmiədzinin Ana taxt-tacı aydın şəkildə aydınlaşdırmalıdır ki, II Karekin subaylıq andını pozubmu, övladı varmı? Bu məsələyə təcili aydınlıq gətirilməlidir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb. 

Yada salaq ki, dünən Paşinyan daha bir oxşar yazı ilə çıxış edib və həmin yazıda xüsusi olaraq yazıb: "Əgər məlum olarsa ki, II Karekin həqiqətən də subaylıq andını pozub və övladı var, o, bütün ermənilərin katolikosu ola bilməz".

Ağarza Elçinoğlu