İyunun 1-də Rusiyanın Bryansk vilayətində Uneça-Jeça dəmir yolu hissəsində tapılan partlamamış bomba Ukrayna kəşfiyyatının istifadə etdiyi partlayıcı maddələrin növünü müəyyən edib.
"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.
İstintaq Amerika istehsalı olan C-4 partlayıcıdan istifadə edildiyini təsdiqləyib.
İlkin məlumatlar göstərir ki, C-4 əsasında hazırlanmış oxşar əldəqayırma partlayıcı qurğular digər partlayışlarda da istifadə olunub. İstintaqın təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, mayın 31-də Bryansk vilayətində avtomobillərin olduğu körpü uçub. Bu, Pilşino-Vıqoniç birxətli dəmir yolu hissəsində baş verib və hadisə zamanı körpünün altından sərnişin qatarı keçirmiş.
Hadisə nəticəsində azı 70 nəfər yaralanıb.
Ağarza Elçinoğlu