Rusiya prezidenti Vladimir Putinlə Volodimir Zelenski arasında görüş ehtimalı praktiki baxımdan heç vaxt müzakirə olunmayıb.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
"Bilirsiniz ki, bu məsələ heç vaxt praktiki baxımdan müzakirə olunmayıb", - Kreml sözçüsü Kiyevdəki terror aktlarını nəzərə alaraq Putin və Zelenski arasında görüşünün mümkün olub-olmaması sualına cavab verib.