Bu gün yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
*** 16:31
Şamaxı rayonunda yenidən zəlzələ olub.
Bu barədə "Unikal"a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
***
16:16
Şamaxı rayonu ərazisində 3,7 maqnitudalı zəlzələ olub.
Bu barədə "Unikal"a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 16.02-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.