Mingəçevirdə ağır yol qəzası olub, maşınlardan biri aşıb.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində Avtovağzal yaxınlığında baş verib. İlkin məlumata görə, Toy kartejində olan BMV qarşıdan gələn "Mitsubishi" ilə toqquşub və daha sonra aşaraq yaşıllıq zolağına düşüb. Hadisə zamanı 3 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. "BMW" sürücüsünün ölümcül vəziyyətdə olduğu deýilir.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov