Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında keçirilən yoldaşlıq oyununu idarə edib. 

"Unikal" xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Ruslar 27-ci dəqiqədə avtoqolla hesabda önə keçsələr də, rəqib 71-ci dəqiqədə hesabı bərabərləşdirib.

Qeyd edək ki, “Lujniki”də keçirilən matçda Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib.

Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.