Qaxda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Unikal" xəbər verir ki, xəsarət alanlar "VAZ-21099"un sürücüsü Qax rayon Turaclı kənd sakini 1986-cı il təvəllüdlü Şahlar Bəşirov, 9 yaşlı Ömər Mehman oğlu Abdulla və 12 yaşlı İbrahim Mehman oğlu Abdulladır.
***17:13
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Qax-Qorağan yolunun, rayonun Turaclı kənd ərazisindən kecən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub, hadisə zamanı bir necə nəfər xəsarət alıb.
Onlardan birinin vəziyyəti ağırdır.
Seymur Əli