Ermənistanın müxalif “Hayastan” parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzasını uyğun müddətdə təmin etməyə hazır olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, bundan əvvəl müxalifətin “Şərəfim var” fraksiyası impiçment prosesi çərçivəsində “Masis” icmasının rəhbəri David Hambardzumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.

Deputat Kristine Vardanyan sosial şəbəkədə yazıb: “Biz “Şərəfim var” fraksiyasından olan həmkarlarımızla müzakirələrə hazırıq".

İki müxalifət fraksiyasının tərkibinə 34 deputat təşkil edir. Qeyd edək ki, saha əvvəl müxalif "Şərəfim var" fraksiyası ölkənin baş naziri vəzifəsinə Masis icmasının başçısı David Ambartsumyanın namizədliyini irəli sürüb.