Kaliforniya ştatı və qubernator Qevin Nyusom ABŞ prezidenti Donald Trampa qarşı ştatda Milli Qvardiya qoşunlarının yerləşdirilməsi ilə bağlı iddia qaldırıb.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat dərc edib  

İddiada deyilir ki, Tramp Milli Qvardiyaya ona əmr verən qubernator Nyusoma zidd olaraq fəaliyyət göstərməyi əmr edib və etirazlardan Kaliforniya ştatının suverenliyini pozmaq üçün istifadə edib.

İddiada Trampdan başqa, Pentaqon və ABŞ-nin müdafiə naziri Pit Heqsetin də adı çəkilir.

“Tramp qanuni icra hakimiyyətinin sərhədlərini aşmaq üçün dəfələrlə fövqəladə səlahiyyətlərdən istifadə edib. İyunun 7-də o, daha bir misli görünməmiş hakimiyyəti ələ keçirmək üçün yerli nəzarətli etiraz aksiyasından istifadə etdi, bu dəfə Kaliforniyanın suverenliyi bahasına oldu”, - iddiada qeyd olunub. 

Gülayə Mecid