Meksikanın Miçoakan ştatında Hərbi Dəniz Qüvvələri Nazirliyinin rəhbərlik etdiyi təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində beş gizli narkotik laboratoriyası aşkar edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyi məlumat yayıb.
"Milli Təhlükəsizlik Strategiyasının həyata keçirilməsi çərçivəsində Miçoakan ştatının Madero və Morelia bələdiyyələrində metamfetamin istehsalı üçün gizli laboratoriya kimi istifadə edilən 5 obyekt aşkar edilib. Əməliyyat zamanı təxminən 42,24 ton metamfetamin müsadirə edilib", - məlumatda qeyd olunub.
Bildirilir ki, axtarışlar zamanı hər birində 200 litr olan 44 çəllək metilamin - ümumilikdə 8800 litrə yaxın prekursor, eləcə də sintetik narkotik vasitələrin istehsalı üçün müxtəlif avadanlıqlar müsadirə edilib.