Bakıda qarpızdan zəhərləndiyi deyilən 2005-ci il təvəllüdlü Ağayeva Dərya Namiz qızı haqqında bir sıra təfərrüatlar məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib. 

Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib. 

Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub. 

O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var. 

Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.

Onu da deyək ki, Qida Təhlükəsizliyi Agentliyi Dəryanın qida zəhərlənməsindən öldüyünü təsdiqləməyib. 

Ağarza Elçinoğlu