Türkiyənin İzmir vilayətinin Kemalpaşa rayonunun ərazisində yerləşən meşədə yanğın meydana gəlib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının lokallaşdırılması və daha geniş ərazilərə yayılmaması üçün hadisə yerinə xeyli sayda yanğınsöndürmə dəstəsi, o cümlədən, İzmir Meşə Xidmətinə aid 1 təyyarə, 4 helikopter cəlb olunub.

Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.