"Yeni hazırlanan “Qaz təchizatı” qanun layihəsinin məqsədi ölkədə enerji təhlükəsizliyinin qorunub salxanılması və daha möhkəmlədirilməsidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Energetika nazirinin müavini Samir Vəliyev deyib.
"Onun məqsədlərindən biri də ətraf mühitin mühafizəsi, əhalinin dayanıqlı qazla təmin edilməsidir. Bu qanunla qazdan səmərli istifadə edilməsi təşviq olunacaq. Bu sahədə yeni islahat tədbirləri nəzərdə tutulub. Bu qanunun qəbulu Azrbaycanın energetika sektorunda islahatların davam etdirilməsində mühüm mərhələ olacaq”, - deyə nazir müavini bildirib.
Anar Kəlbiyev