Rusiyadan Azərbaycana övladını görməyə gələn kişi keçmiş həyat yoldaşını döyüb.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonunda baş verib.

Rayon sakini, 36 yaşlı kişi ailəsindən ayrılıb Rusiyaya gedib. O, ötən həftə Rusiyadan Astaraya gedib və keçmiş həyat yoldaşının himayəsində olan azyaşlı qızını görmək istəyib. Keçmiş həyat yoldaşının evinə daxil olan kişi evdə qadınla mübahisə edib. Mübahisə davaya çevrilib və o, qadını döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 10 gün həbs qətimkan tədbiri seçilib.