Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə kartof qıtlığının daxili siyasi səbəblərdən süni şəkildə yaradıldığını bildirib.

"Unikal" xəbər verir ki, Belarus prezidentinin sözlərinə görə, dövlət nəzarəti komitəsi “bəzi rəqəmləri” yoxladıqdan sonra məlum olub ki, məsələ “siyasətdədir”.

"Kartof yetərincə idi, amma prezidentin qiymətə müdaxilə etdiyini göstərmək üçün onu hardasa saxlayıblar, nəticə budur", - Lukaşenko deyib.