Suriya Hava Yolları 12 illik fasilədən sonra İstanbula ilk uçuşunu həyata keçirib.
"Unikal" xəbər verir ki, Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə İstanbul hava limanına doğru hərəkət edib.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan sonra dayandırılan Dəməşq-İstanbul reysləri 12 ildən sonra bərpa edilib.