Çin prezidenti Si Cinpin gələn həftə Qazaxıstana işgüzar səfər edəcək.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çin lideri iyunun 16-dan 17-dək Astanada olacaq.  

Bildirilir ki, səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərinin müzakirə ediləcəyi ən yüksək səviyyədə ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.