11.06.2025-ci il tarixində saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
***11:47
Şəmkirdə maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
"Unikal"ın məlumatına görə, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.
Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.
Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.
Faktla bağlı araşdırma aparılır.
***
10:34
Şəmkirdə yol qəzası olub, qadın sürücü ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı qadın sürücü hadisə yerində ölüb, sərnişin olan azyaşlı oğlan isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov