Mayın 6-dan bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə "Unikal"a MÜTDA-dan məlumat verilib.

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.