Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində “Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib.
“Unikal” xəbər verir ki, konfransın əvvəlində Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Uşaqların həyata dair baxışı sosial-ictimai mühitdə” adlı plenar iclasda ilk olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, uşaqların təlim-tərbiyə məsələlərindən danışıb, onlarla işdə daha çox örnəklərin, nümunələrin göstərilməsinin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında “valideyn, müəllim və şagird” üçlüyünün bir yerdə işləməyinin vacibliyindən, bundan əlavə məktəblərdə sosial pedaqoqların əhəmiyyətindən danışıb. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva mövzu ilə bağlı fikirlərini bölüşüb, Rayon İcra Hakimiyyətini gördüyü işlərdən, bir yerdə işlədiyi qurumlardan söz açıb. Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva müxtəlif nümunələrlə məsələyə yanaşmasını bildirib.
“Uşaqların hüquqlarının qorunması missiyası: predmetlər və həlli yolları” adlı plenar iclasda Bakı şəhər Baş Polis İdarəsinin baş inspektoru polispolkovnik-leytenantı Kəmalə Ələkbərova, Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun əməkdaşı Xanım Əşrəfova, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Günay Abidova, Sosial Xidmətlər Agentliyi, Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Səhiyyə siyasəti şöbəsinin “Ana və uşaqların sağlamlığının qorunması” sektorunun müdiri – Aynurə Zeynalova, “Müasir təhsilsferasının uşaqların yetişməsində təsiri və rolu” adlı plenar iclasda isə Bakı Şəhər Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nuru İmanov, Abdulla Rəhimov adına 247 №-li məktəbin direktoru Sitarə Abbasova, Saleh Poladi adına 159 №-li tam orta məktəbin direktoru Gülşən Novruzova, Texniki-Humanitar Liseyin direktoru Kəmalə Mirzəyeva çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Yekun dəyərləndirmə ilə bağlı fikirləri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov səsləndirib.
Sonda – bədii hissədə rayon yaradıcılıq mərkəzlərinin şagirdləri “Vətən süitası” və “Azərbaycan bayrağı” adlı rəqs kompozisiyalarını təqdim ediblər.