Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır.
"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, bu bazarda yerli istehsal olan çayların satışına geniş yer ayrılıb, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə fərqlidir.
Satıcılar deyirlər ki, kiloqramı 15, 20, 25 manat civarında olan çaylara tələbat isə daha yüksəkdir. Bahalı çaylar isə daha çox hədiyyə məqsədilə alınır.