Hindistanın Əhmədabad şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan vətəndaşı və 61 xarici ölkə vətəndaşı olub.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat dərc edib.
Qeyd olunur ki, təyyarənin göyərtəsində 53 Böyük Britaniya, 1 Kanada və 7 Portuqaliya vətəndaşı olub.
Təyyarənin göyərtəsində 11 uşaq olub.
"Air India" aviaşirkətinə məxsus təyyarə iyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat əyalətinin Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində qəzaya uğrayıb. Təyyarə qəzaya uğradıqdan sonra yanıb.
Gülayə Mecid