"Ermənistan Respublikasının məqsədi region ölkələri ilə birlikdə regionda sabit və davamlı sülhün bərqərar olmasıdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Praqada keçirilən “GLOBSEC 2025” forumu çərçivəsində “Qonşularla uzunmüddətli tərəfdaşlıq qurmaq üçün fürsətdən istifadə” adlı panel müzakirəsində çıxışı zamanı deyib. 

"Və bilirsiniz ki, bu il biz Azərbaycanla ölkələrimiz arasında sülh sazişi üzrə danışıqları müsbət nəticələrlə yekunlaşdıra bildik. Yəni, həmin layihə ikitərəfli qaydada razılaşdırılıb və indi sülh sazişini imzalamaq vaxtıdır. Biz hazırda həmin nöqtəyə çatmaq və sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr prosesindəyik", - Paşinyan bildirib.

Ağarza Elçinoğlu