Gəncədə döyülmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisələrədən biri şəhərin Avtozavod qəsəbəsində baş verib. 2008-ci il təvəllüdlü Z.Məhərrəmov döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Müayinə zamanı onun burnunun sındığı məlum olub. Dərhal  Z.Məhərrəmova yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər döyülmə hadisəsi isə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki 1982-ci il təvəllüdlü K.Huseynov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, K.Huseynovun başından daşla vurublar. Hər iki faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov