ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə İrandakı hadisələrlə bağlı telefon danışığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Tramp deyib ki, o və Putin təxminən bir saat davam edən zəngdə İsrail və İran arasında müharibənin sona çatması barədə razılığa gəliblər: "O da mənim kimi hesab edir ki, İsrail və İran arasında müharibə bitməlidir. Mən ona izah etdim ki, onun Ukrayna ilə müharibəsi də bitməlidir. 

İranın nüvə silahı əldə etməsinin qarşısını almaq Amerikanın milli təhlükəsizliyi üçün həyati bir məsələdir".

Ağarza Elçinoğlu