İşğaldan azad olunmuş Cinli və Xaçındərbənd kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanan, ümumi çəkisi 5 ton olan 3000-ə yaxın çətənə kolu yandırılaraq məhv edilib.