Bərgüşadçay su anbarı vasitəsilə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı ravonları su istehlakçılarının yüksək keyfiyyətli içməli su ilə təmin ediləcək.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.

O qeyd edib ki, Bərgüşadçay su anbarının təyinatı Suvarma və içməli su təyinatlı həcmi 67 milyon kubmetrdir.

"Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan magistral 62 km uzunluğunda boru xətti (D=3000mm) layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda təqribən 12 min hektar yeni torpaq sahəsinin suvarılması və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılması, habelə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı ravonları su istehlakçılarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması həyata keçiriləcək.

Texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanıb (ekpertizayaya təqdim edilib) yaxın vaxtlarda tikintisinə başlanması planlaşdırılır", - ADSEA rəmisiəlavə edib.