Sabunçu rayonuna yeni prokuror təyin edilib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.
M.Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilmişdi.
*** 17:23
Bakının Xətai rayonuna prokuror təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Sərdar İmanov 2-ci səlahiyyət müddətinə Xətai rayon prokuroru vəzifəsinə təyin olunub.