Əməkdar artist Dilarə Əliyevanın reanimasiyaya yerləşdirilən qardaşı Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 19.06.2025-ci il tarixində saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib:
"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
Seymur Əli