Yaxın Şərqdə gərginlik artmaqda davam edərkən, Şimali Koreya lideri Kim Çen In İrana qeyd-şərtsiz dəstək verə biləcəkləri barədə açıqlama verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kimin bu sözlərindən sonra bütün gözlər Şimali Koreyanın “mütləq üstünlük simvolu” kimi təsvir etdiyi “Hwasong-16B” raketinə çevrilib. Son aylarda raketin sınaq buraxılışına şəxsən nəzarət edən Kim Çen In "Hwasong-16B"ni "müdafiə texnologiyasının zirvəsi" kimi xarakterizə edib.
Bu ballistik raketin İrana göndərilə biləcəyi ilə bağlı iddialar bəzi medialarda yer alıb.
Şimali Koreyanın bu istiqamətdə addımı təkcə İsrail-İran müharibəsinin gedişatına deyil, həm də ABŞ, Çin və Rusiya kimi böyük dövlətlərin regiondakı mövqelərinə təsir göstərə bilər. Ekspertlər Kim Çen Inın bəyanatını təkcə siyasi deyil, həm də strateji addım kimi şərh edirlər.
Gülayə Mecid