İtaliyalı tədqiqatçılar dünyada uça bilən ilk insanabənzər robot yaradıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, video qeydə alınmış sınaqda iRonCub3 adı verilən robot yerdən 50 santimetr qaldıra və uçuş zamanı tarazlığı qoruya bilib. Bu təcrübə robototexnikanın inkişafında irəliyə doğru əhəmiyyətli bir addımdır.
İtaliya Texnologiya İnstitutu (IIT) tərəfindən hazırlanmış iRonCub3, yer hərəkətini idarə olunan uçuşla birləşdirərək real dünya şəraitində işləmək üçün nəzərdə tutulmuşdur. Üçüncü nəsil iCub humanoid robotlarına əsaslanan iRonCub3 uzaqdan idarə olunur və dörd reaktiv mühərriklə təchiz edilib. Robotun çəkisi 70 kq-dır.
Gülayə Mecid