İsrail İrana hücumu davam etdirdiyi müddətcə Tehranın heç bir danışıqlar aparmaq niyyəti yoxdur.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Amerikalılar bir neçə dəfə ciddi danışıqlar üçün ciddi mesajlar veriblər. Bizim ABŞ-yə bu cinayətlərin ortağı kimi deyəcəyimiz heç nə yoxdur", - İran rəsmisi qeyd edib.
Eyni zamanda, Əraqçi avropalı diplomatlarla da danışıqlar aparacağını əlavə edib:
"Biz Cenevrədə Avropa rəsmiləri ilə danışıqlar aparacağıq. Biz raketlərimizin imkanları ilə bağlı danışıqlar aparmayacağıq - onlar müzakirədən çıxarılıb və müdafiə xarakteri daşıyır. Avropalılarla danışıqlarda əsas məsələ nüvə problemi və regional problemlərdir".
Gülayə Mecid