Tovuzda 6 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Tovuz Olimpiya Kompleksinin qarşısında qeydə alınıb.

Belə ki, hərkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı biri azyaşlı olmaqla 6 nəfər - 2006-cı il təvəllüdlü B.Hüseynov,1982-ci il təvəllüdlü A.Əliyev,1978-ci il təvəllüdlü E.Ələsgərov, 2006-cı il təvəllüldü R.Qasımov, 2009-cu il təvəllüdlü H.Abdullayev və 2020-cı il təvəllüdlü R.Rüstəmov  xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılara dərhal ilkin yardım edilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov