Çin prezidenti Si Cinpin Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, “South China Morning Post” (SCMP) qəzeti mənbələrə istinadən yazıb. 

"Çin prezidenti Si Cinpin gələn həftə Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak etməyəcək və bu, onun inkişaf etməkdə olan aparıcı ölkələrin toplantısında ilk dəfə iştirak etməməsi deməkdir", - nəşr yazıb.

Məlumata görə, BRİKS sammitində Çin nümayəndə heyətinə çox güman ki, Çinin baş naziri Li Qiang başçılıq edəcək.