ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə edilən hücumun "nüvə obyektlərinə tam təsir etmədiyini, işi bir neçə ay gecikdirdiyini" iddia edən ABŞ mətbuatında yer alan xəbərlərə reaksiya verib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb:
"Saxta xəbər kanalı CNN iflasa uğramış “New York Times” ilə birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini səmərəsiz etmək üçün birləşib. İrandakı nüvə obyekti tamamilə dağıdılıb. Həm "NY Times", həm də CNN ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunur".
Tramp ABŞ-nin nüfuzlu media qurumlarını "saxta xəbərlərdə" ittiham edib.
Bildirək ki, ABŞ-nin B-2 bombardmançı təyyarələri və sualtı qayıqlarının İranın üç nüvə obyektinə etdiyi hücumlardan sonra Tramp müxtəlif platformalarda Tehranın nüvə potensialının “tamamilə məhv edildiyini” açıqlayıb. Ölkənin bəzi KİV-ləri isə bunun doğru olmadığını, lakin İranın nüvə işini bir neçə aya geri sala biləcək təsirin yarana biləcəyini iddia ediblər.
Gülayə Mecid