İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əlirza Səlimi İSNA agentliyinə açıqlamasında deyib. 

"Parlament İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılması planının ümumi müddəalarını və təfərrüatlarını təsdiqləyib".

Onun sözlərinə görə, parlamentin qərarına əsasən, MAQATE əməkdaşları ölkənin nüvə obyektlərinin təhlükəsizliyinə və dinc nüvə fəaliyyətlərinə zəmanət verilməyincə, yoxlamalar aparmaq üçün İrana daxil ola bilməyəcəklər.

İyunun 23-də İran parlamentinin müvafiq komitəsi eskalasiya fonunda MAQATE ilə əməkdaşlığın dayandırılmasını təsdiqləyib.