"Mənə məlumat verilib ki, ABŞ-nin Fordo ərazisinə hücumundan sonra əraziyə İsraildən agentlər göndərilib".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində deyib.

"Mənə dedilər ki, Fordo ərazisi tamamilə məhv edilib. İsrail hesabat hazırlayır və görünür, onun tamamilə məhv edildiyini təsdiqləyib.

Biz tez hərəkət etdik; inanıram ki, onların heç nə çıxarmağa vaxtları olmadı. Əgər İran zənginləşdirmə proqramını yenidən canlandırmaq istəsə, biz yenidən zərbə endirməyə hazırıq", - deyə ABŞ lideri qeyd edib. 

Ağarza Elçinoğlu