"Biz artıq Qrossinin iştirakına və nüvə obyektlərində MAQATE-nin kameralarını quraşdırmasına icazə verməyəcəyik".
"Unikal" xəbər verir ki, bu barədə İslami Şura Məclisinin vitse-spikeri Həmidreza Hacı Babaei deyib.
"Bizim obyektlərimiz haqqında məlumatları İsraildən əldə etdiyimiz sənədlərdə gördük", - deyə o qeyd edib.
Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Moctaba Zolnouri də Beynəlxalq Atom Enerjisi Agentliyi baş direktorunun İslam Respublikasına xəyanət etdiyini bildirib.
Ağarza Elçinoğlu