Bosniya və Herseqovinanın Lyubuşki şəhəri ətrafında güclü meşə yanğını baş verib.

"Unikal" xəbər verir ki, əraziyə dərhal yanğınsöndürənlər göndərilib. Yanğının qismən söndürüldüyü bildirilib.

Məlumata görə, yanğın sürətlə yayılaraq geniş ərazini əhatə edib. Yanğın yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə yaradıb.

Əraziyə digər bölgələrdən də yanğınsöndürənlər cəlb olunub.