Zaqatala rayonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sosial yönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərmək idi. Peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə vətəndaşlara məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

Milli Məclisin deputatı  Asif Əsgərov aksiya zamanı iştirak edən vətəndaşların müraciətlərini dinləyib, bir sıra məsələlər yerindəcə həll olunub, digərləri ilə bağlı müvafiq addımlar atılıb.

A. Əsgərov, eyni zamanda mərkəzdə fəaliyyət göstərən digər mədəni və maarifləndirici istiqamətli bölmələrlə də tanış olub.