İranın ali rəhbəri Əli Xamenei  ABŞ prezidenti Donald Trampın İrana qarşı son hücumların “effektivliyi” barədə açıqlamalarına sərt reaksiya verib.

"Unikal" xəbər verir ki, Xamenei rəsmi səhifəsində yazıb:

“Amerika prezidenti baş verənləri qeyri-adi dərəcədə şişirdir. Bu şişirtmə onun üçün vacib idi. Onun sözlərini eşidən hər kəs başa düşür ki, pərdə arxasında başqa həqiqət var. Onlar heç nə edə bilmədilər və indi şişirtmə ilə gerçəyi ört-basdır edirlər.”