Goranboyda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakinləri İlhamə Əliyeva (1970) və Tərcümən Həsənova (1965) Bakı şəhər sakinləri Leyli İsaqova (1961), Südabə Həsənova (1961), Göygöl rayon sakini Zenfira Həsənova (1969), Şəmkir rayon sakini Qəmər Hüseynova (1957) və Səfikürd kənd sakini Salaman Qasımov (1980) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
XXX
14:33
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Safikürd kəndi istiqamətində baş verib.
"VAZ 2106" markalı avtomobil "Metcedes Spirinter" markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırıllb. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Ehtiram Muradov