Gəncədə fəhlə işləyən şəxs qəfildən dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, şəhərdəki tikintidə fəhlə işləyən 1975-ci il təvəllüdlü Ş.Talıbovun iş vaxtı anidən halı pisləşib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölən şəxsin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov