Antalyanın Yurtpınar və Fettahlı məhəllələrində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

"Unikal" xəbər verir ki, külək nəticəsində yanğın sürətlə böyüyüb.

Xəbərdarlıq üzərinə Antalya Meşə Region Müdirliyi və Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları əraziyə sövq edilib. İstixanalara və yaşayış massivlərinə yaxın ərazidə baş verən yanğınlara 2 təyyarə, 3 helikopter, 11 su maşını, 5 su təchizatı maşını, 3 ilk müdaxilə maşını və çoxlu sayda yanğınsöndürən işçi ilə müdaxilə edilir.

Komandalar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.