Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıbş

Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.